ArticleIDPicAddressSubjectDate
{ArticleID}
{Header}
{Subject}

{Comment}

 {StringDate}
 
 
 
 
 
 
 
ViewArticlePage
 
 
 
  • İslam dini  
  • Sendtofriend
  •  
  •  
  • İslam dinində heç bir kəs deyə bilməz ki, ədalət razı olan yerdə qist narazıdır –əgər qisti pay və bölgüdə ədalətə riayət etmək mənasına götürsəkdə -- çünki, hər bir müsəlmanın inancına görə kamil və beynəlxalq qanunlar olan islam qanunları mülk və hüquqda ədalətə riayət etmişdir, hərçənd bəzi yerlərdə onun incəlikləri bizə ya bəzilərinə məlum deyildir; beləliklə, islam qanunlarını icra edən hər bir hakim və islam meyarları əsasında hökm verən hər bir kəsin hökmü ədalətlidir, həm ona görə ki, əsasında hökm verdiyi qanunlar ədalət və qistə uyğundur və həm ona görə ki, özü bu hökümdə Allahın qanunundan çıxmamışdır.

    Sözün qısası budur ki, həzrət Vəli Əsr Sahibəz-zəmanın (Allah təala onun zühurunu tezləşdirsin ) dünyanı dolduracağı ədalət və qist islam qanunlarının kamil sürətdə icrasının nəticəsində olacaqdır, bu özlüyündə düzgün ictimaiədalətə nail olmağın yeganə yoludur və onu icra etməklə naz-nemət içərisində yaşayan sərvət sahiblərinin nəzarətsiz qalan və bər-bəzəkli yaşayışlarına səbəb olan kapitalları aradan gedəcək və dövlət imkanlarının hammısı, xüsusən beytul-mal ehtiyaclı insanların ixtiyarına veriləcəkdir.