ArticleIDPicAddressSubjectDate
{ArticleID}
{Header}
{Subject}

{Comment}

 {StringDate}
 
 
 
 
 
 
 
ViewArticlePage
 
 
 
  • KƏRBƏLADA ŞİƏLƏRİN AMANSIZCASINA QƏTLƏ YETİRİLMƏSİ  
  • Sendtofriend
  •  
  •  
  • KƏRBƏLADA ŞİƏLƏRİN AMANSIZCASINA QƏTLƏ YETİRİLMƏSİ

    Doğrudan da vəhhabilər müqəddəs ziyarət ocaqlarında törətdikləri cinayət aktları ilə tarixin səhifəsini zülmətə qərq edərək, alınlarına şərəfsizliklərini əks etdirən həmişəlik damğa vurdular.

    Bu məzhəbin nümayəndəsi olan Səlahәddin Muxtar yazır: Səud 1216-cı (h.q) ildə Nəcd, Cənubda yaşayan tayfalar, Hicaz və digər bölgələrin əhalisindən ibarət böyük qoşunla İraqa tərəf hərəkət edərək ziqədə ayında Kərbəlaya yetişdi. Onlar Kərbəlanı mühasirəyə aldıqdan sonra şəhərə basqın edərək, qala və divarları darmadağın etdilər. Küçə və bazarda olan dinc əhalinin əksəriyyəti qətlə yetirildi. Şəhəri talan etdikdən sonra günortaya yaxın qarət olunmuş mal-dövlətlə oranı tərk etdilər. Qənimət olunmuş malları Səudun özü mənimsədi. Yerdə qalanını isə hər piyadaya bir hissə və süvariyə iki hissə düşmək şərtilə qoşunun arasında bölüşdürdü.[7]

    Vəhhabi tarixçilərindən sayılan Şeyx Osman Nəcd yazır: Vəhhabilər gözlənilmədən Kərbəlaya soxuldular. Əhalinin böyük əksəriyyətini küçədə, bazarda və öz evlərində qətlə yetirdilər. (Onlar hətta Peyğəmbərin (s) nəvəsinə belə ehtiram etməyib) Hüseynin (ə) məzarını dağıdaraq, hərəmə (məqbərəyə) aid bütün qiymətli əşyaları mənimsədilər. Şəhərdə olan mal-dövlət, qiymətli daş-qaş, silah, geyim, xalça, qızıl və nəfis Quran kitablarını oğurladılar. İyirmi min günahsız insanın həyatına son qoyduqdan sonra, günortaya yaxın şəhəri tərk etdilər.[8]

    Bəzi tarixçilərin yazdıqlarına görə vəhhabilər bir gecədə iyirmi min nəfəri qətlə yetirdilər.[9]

    Mirzә Əbi Talib İsfаhani öz səfərnaməsində yazır: Londondan qayıdıb Kərbəla və Nəcəf şəhərlərindən keçərkən iyirmi beş min nəfər vəhhabinin Kərbəlaya hücum çəkdiyinin şahidi oldum. Onlar, «Müşrikləri öldürün və kafirlərin başlarını kəsin» şüarlarını səsləndirərək, beş min nəfərdən çox insanın ölümünə səbəb oldular. Yaralıların isə sayı-hesabı yox idi. İmam Hüseynin (ə) müqəddəs məzarının ətrafı ölü cəsədləri ilə dolu idi. Başsız bədənlərdən qan su yerinə axırdı.

    Mən bu hadisədən on bir ay sonra Kərbəlaya getmişdim. Xalq «tövhid carçılarının» törətdikləri vəhşilikləri xatırlayaraq ağlayırdılar. Bu ürəkağrıdıcı hadisəni eşidən hər bir kəsin bədəninin tükləri qalxır və vücudu lərzəyə gəlirdi.[10]

    Vəhhabilər Kərbəla əhalisini kütləvi şəkildə rəhimsizcəsinə qırğına verərək, İmam Hüseynin (ə) müqəddəs hərəminə (məqbərəsinə) son dərəcə hörmətsizlikdən sonra həmin ordu ilə Nəcəf şəhəri istiqamətində hərəkət etdilər. Lakin Nəcəf camaatı onların Kərbəlanı qarət etməsi və törətdikləri cinayətkarlıqdan xəbər tutduğu üçün əvvəlcədən müdafiəyə hazır idilər. Hətta qadınlar vəhhabilərin qarət, qətl vә nаmusа tәcаvüz kimi qeyri-insani davranışlarının qurbanı olmamaqları üçün öz kişilərini onlarla mübarizəyə təhrik edirdilər.

    1215-ci (h. q) ildə Həzrət Əlinin (ə) müqəddəs məqbərəsini dağıtmaq məqsədi ilə Nəcəf şəhərinə yollanmış bir qrup vəhhabi isə yolda bədəvi ərəblərlә qarşı-qarşıya gələrək nəticədə məğlubiyyətə uğradılar.[11]

    Vəhhabilərin on il әrzindә bir neçə dəfə Kәrbәlа vә Nəcəf şəhərlərinə kəskin hücumları olmuşdur.[12]