ArticleIDPicAddressSubjectDate
{ArticleID}
{Header}
{Subject}

{Comment}

 {StringDate}
 
 
 
 
 
 
 
ViewArticlePage
 
 
 
  • Tarix cəbri və islamın əbədiliyi  
  • 2010.02.06 23:35:13  
  • CountVisit : 281  
  • Sendtofriend
  •  
  •  
  • بسم الله الرحمن الرحيم

    الحمد لله رب العالمين...اعوذ بالله من الشيطان الرجيم:

    1bqÝàÏÿ»ptm:¼çms9 $¯RÎ)urø.Ïe%!$# $uZø9¨“tR `øtwU $¯RÎ)

    Keçən gecələrdə etdiyimiz söhbətin ardıcıllığına uyğun olaraq nəzərdə tutmuşdum ki, bu gecədən başlayaraq ictihad məsələsinin xatəmiyyət məsələsi ilə ilgili tərəflərinə aid bir sıra məsələləri xidmətinizə ərz edəm, amma belə fikirləşdim ki, ictihad məsələsi və islam ümməti alimlərinin xatəmiyyət dövründə daşıdıqları vəzifələri açıqlamamışdan və ona aid söhbət etməmişdən qabaq, başqa bir söhbəti bu gecə xidmətinizə ərz edə və tamamlayam, sonra, inşallah, vaxt və fürsət olsa, ictihad məsələsinə aid söhbət edərik.

    Bizim bu gecəki söhbətimiz bu günlərdə çox geniş yayilmiş bir məsələnin barəsindədir və bu məsələ ziyalı təbəqəsinin arasinda o qədər əhəmiyyət kəsb etmişdir ki, kifayətdir, insan onun adını dilinə gətrsin və qarşi tərəf onun müqabilində təslim olsun. Bu çümləni, yəqin, dəfələrlə eşitmisiniz, deyirlər: ”Tarix cəbridir, zaman cəbridir.” Bir hadisə baş verdikdə kimlərsə o hadisənin qabağında təslim olmalarının üzrünü bəyan etmək, bu hadisəni qəti və qaçılmaz tanıtmaq və müqavimətin yersiz olduğunu bildirmək istədikdə, deyirlər ki, tarix cəbridir, daha nə etmək olardı? ”Tarix cəbri” kəlməsinin bizim əsrdə insanların ruhiyəsində gördüyü həmən işi neçə əsr qabaq ”qəza və qədər” və ”tale” kəlməsi görürdü, yəni bir nəfər özünü bir hadisənin qarşısında aciz, gücsüz və əl-qolu bağlı göstərmək və özünün təslim olmasına möhkəm dəlil gətirmək istədikdə deyərdi: Ay ağa, Allahın qəzasıdır, təqdirdir, bəyəm, təqdir və talenın qarşısında bir iş görmək olar?

    Əsiri şiri nəri xunxarəsən

    Təslim olmaqdan sivay biçarəsən

    *

    Razi ol verilmişə, alınından aç düyünü 

    Ki, mənlə sənçin ixtiyar qapısın açmadılar.

    Hər kimin kilim bəxtin qara ip ilə hörələr  

    Abi- Zəmzəmi Kövsər ilə ağ eyləmək olmaz.

    Bu kimi nümunlər bizim ədəbiyyatda çoxdur. Əlbəttə, bunu da ərz edim ki, həm ”qəza və qədər” kəlməsinin və həm də ”tarix cəbri” kəlməsinin, hər iki kəlmənin, səhih və düzgün bir mənası vardır, belə deyil ki, düzgün olmasın, qəza və qədər düzgün bir sözdür, tale düzgün bir sözdür, tarix çəbri də düzün bir sözdür, amma, adətən, adi insanların bu kəlmələrdən başa düşdükləri bir mənada yox. Adi insanların bu iki kəlmədən başa düsdüklərı məna səhv bır mənadır. Oxuduğum o şerlərdə də məqsədim onu deyənlərə etiraz etmək deyildi, çünki onlar elə şəxslıər idilər ki, məsələni ali bir dərəcədə dərk edirdilər. Sözüm o admlara aiddir ki, bu şer, cümlə və kəlmələri həyatda işlədir və səhv bir məna ondan başa düşürlər. İndi burada qəza və qədər və tale haqqında söhbət etmək istəmirəm. Özümün yazdığım ”İnsan və tale” adlı kitabimda müəyyən qədər bu məsələni araşdırmışam.

    Xatəmiyyət və tarix cəbri

    Mənim ərzim budur ki, qəza, qədər və tale kəlməsinin sadə və köhnə fikirli insanlar arasında oynadığı həmin rolu ”tarix cəbri”  kəlməsı yeni fikirli ziyalı təbəqəsının arasinda oynayır. İndi, mən istəyirəm bu tarix cəbrinə aid bir söhbət edəm. Çünki tarix cəbri məsələsinin—yeni fikirli ziyalıların işlətdiyi mənada—xatəmiyyət məsələsi ilə əlaqəsi vardır, əvvəl o əlaqəni ərz edim və sonra tarix cəbrini araşdırmağa başlayaq. Onların əlaqəsi delədir ki, əsasən, xatəmiyyət dinin əbədi olması prinsipinin üzərındə dayanır. Biz xatəmiyyətə etiqad bəsləirik, bizim əqidəmiz budur ki, birincisi, camaatın arasında həmişə Allahın dini mövcuddur. Dinin özü əbədi bir həqiqətdir və insanların arasından getməyəcəkdir. İkincisi, insan cəmiyyətinin arasında həmişəlik qalmağı gərəkli olan və əbədi qalmağa da səlahiyyəti olan din İslam dinidir və dünyada insanların arasinda həmişəlik diri qalmğa, ölməməyə, aradan getməməyə və həmişə təzə və təravətli qalmağa səlahiyyəti olan yeganə kitab Qurandır: 

    1bqÝàÏÿ»ptm:¼çms9 $¯RÎ)urø.Ïe%!$# $uZø9¨“tR `øtwU $¯RÎ)

    Mustafaya vədə verib həqq, xitab                Əgər ölsən ölməyəcək bu kitab.

    Beləliklə, xatəmiyyət məsələsi islam dininin əbədiliyi məsələsidir. Elə ki, bir şeyin əbədiliyindən söz açılır, xüsusən, əgər o şey bəşərin tarix və yaşayışına aid olarsa, bir qrup insanlar deyirlər ki, mümkünmüdür ki, tarix cəbri ola-ola bir şey bəşərin tarix və yaşayışında əbədi qalsın? Əbədi qalmaq tarix cəbri ilə uzlaşmır.

    İndi də istəyirik tarix cəbrini təfsir edək, izah edək və görək ki, düzgün bir mənası vardır ya yox? Əgər düzgün mənası vardırsa, bu o demək deyildir ki, bəşər tarixində heç bir şey əbədi olmasın, ya yox? Tarix cəbri iki kəlmədir: Cəbr—tarix. ”Cəbr” kəlməsi, yəni qətiyyət. Cəbr fəlsəfi anlamda ürfdə daşıdığı  “məcbur emək “ mənasından başqa bir mənanı daşıyır. ”Cəbr” kəlməsinin özü, yəni qətiyyət, qaçılmazlıq, başqa sözlə desək zərurət və bizim fəlsəfə terminalogiyamızda, yəni vacib olmaq. Əgər deyirlərsə bir şey cəbridir, yəni qətidir, əksinin baş verməsi mümkün deyildir. Məsələn, əgər riyaziyyatda deyirlərsə 5*5 cəbrən bərabərdir 25-ə, mənası bu deyil ki, bu bərabərlik güc, qüvvət, zor və zülmlə əmələ gəlmişdir, mənası budur ki, əqli cəhətdən onun əksi qeyri-mümkündür. Tarix cəbri nə deməkdir? Yəni, tarixi amillər – insanların ictimaı həyatı tarixinidə təsirli olan amillər icbari təsirlərə malikdirlər. ”İcbari təsirlərə malikdir” nə deməkdir? Yəni bu amillərin qoyduğu əsərlər və bağışladığı təsirlər qəti və əksiənin olması qeyri-mümkündür. Bu ”tarix cəbri” kəlməsinən mənasıdır.

    Indi də görək ki, bu məsələ düzgündürmü və biz qəbul etməliyikmi? Quranda tarix cəbrini inkar ya isbat edən bir şey gəlmişdir ya yox? Fəlsəfi baxımdan necə?

    “Cəbr” özünün fəlsəfi mənasında iki qismdir: biri təbiətdə cəbrdir, terminlə desək xilqətdə cəbrdir; biri də tarixdə cəbrdir. Xilqətdə və təbiətdə olan cəbrin mənası budur ki, bizim yaşadığımız bu dünyanın, bu xilqət və yaranışın bi sıra qəti, zəruri, yetəli və qaçılmaz qanunları vardır; özbaşınalıq yoxdur, aləmə nizamlı ölçülər hakidir. Bu mövzuda bizim materalist ya allahçı olmağımızın fərqi yoxdur. Birinci halda deyirik ki, bu qanunlar özü-özlüyündə mövcuddur və əgər allahçı olsaq qeyirik ki, Allahin istəyi belə tələb etmişdir.

    Misal üçün, əgər bir nütfə xüsusi bir şəaraitdə ana bətnində yerləşərsə, məsələn ana bətni sağlam olarsa, ana bətni toxmalari əmələ gətirməyə qadir olarsa və nütfə  də sağlam nütfə olarsa, bir övladın varliğının ilkin rüşeymlərinin əmələ gəlməsi labüd olur və sonra da xüsusi mərhələlri keçir ki, Quranın dili ilə desək, ələqə, muzəə, sümüklər və ət mərhələsidir, sonra həyat və ruhun əmələ gəlməsi mərhələsidir, sonra da bir körpə şəkilndə uşaq dünyaya gəlir, sonra bir cəvan şəkilində inkşf edir və böyüyür, sonra yavaş-yavaş qocalıq dövrünü keçirir, sonra ahıllıq dövrü və ən nəhayət, ölüm ilə sona çatır; bu bir qayda və qanundur bu dünyada. Bunun əksi dünyada görsənmir. Biz gömürük ki, bir nəfər dünyaya gələndə, əvvəl bir qoca kişi formasında olsun və sonradan bir ağıllı kişi şəkilinə və sonra bir cəvan və yavaş-yavaş uşaq və sonra körpə və sonradan ana bətnindəki uşaq formasına və sonra nütfə şəklinə düşsün. Həmişə qayda dediyimiz kimidir. Qurani-Kərim buyurur:

    ª!$# “Ï%©!$# Nä3s)n=s{ `ÏiB 7#÷è|Ê ¢OèO Ÿ@yèy_ .`ÏB ω÷èt/ 7#÷è|Ê Zo§qè% ¢OèO Ÿ@yèy_ .`ÏB ω÷èt/ ;o§qè% $Zÿ÷è|Ê Zpt7øŠx©ur 4 ß1

    Allah belə qərar vermişdir ki, şizi zəiflikdən yaratsın, sizin yaradılışınızın əvvəli zəiflikdən olsun, yəni sizin varlığınız zəiflik və nöqsandan başlasın, sonra növbə güc və qüvvətə yetişsin, sonra yenidən bu güc və qüvvətlər azalsın, qocalıq və solğunluğa yetişsin. Əgər bir nəfər(Allaha inanan olsun ya yox)qəbul etsə ki, varlıq aləmində olan bu qanunlar, yaradılışda olan bu qanunlar, bunlar, bir sıra qəti, dəyişməz və qaçılmaz qanunlardırlar, deməlı tarix cəbrini qəbul etmişdir.

    Burada mümkündür ki, siz möcüzə məsələsini ortaya qoyasınız və deyəsiniz ki, bunlarla təzad təşkil etmirmi? Qısa şəkildə ərz edirəm ki, xeyr, onlar bunlar ila təzad təşkil etmir. İndi bu söhbətin yeri deyil.

    Bəs tarixdəki cəbri nə deməkdir? Tarixdəki cəbrin mənası budur ki, necə ki, təbii bir hadisənin, bir bitginin, bir həşəratın, bir heyvanin, bir dəryanın xüsusi bir qanunu vardır və o xüsusi qanun ilə vücuda gəlir və aradan gedir, insanların ictimai həyatının da, ümumilikdə götürdükdə, özünəməxsus qanunları vardır. Bütövlükdə götürdükdə, insanlar vahid bir qurum və bir bədən kimidirlər və insan fərdləri bu bədənin üzvləri rolunu oynayır.

    Bu vahid qurumun tarix və macərası vardlr, keçmiş və gələcəyi vardır, xüsusi və müəyyən bir ölçüləri vardır. Necə ki, bir şəxs kimi sizin bədənizin ölçüləri vardır və həkimlərdən soruşduqda deyirlər ki, sizin saqlamlıq və xəstəliyinizin xüsusi və müəyyən ölçüləri vardır, bir nəfər ictimayətçi də deyir ki, düya ictimayətinin də, eynilə bir bədən kimi özünəməxsus meyarları vardır, nizamlı və qəti ölçüləri vardır.

    Tarix və cəmiyyətin nizamlı və qəti ölçüləri.

    Əgər soruşsanız biz müsəlman, təkallahçı, allahtanıyan və Quranın yolunu gedən olduğumuzdan tarixi bir sıra qanun və qaydalara malik bilməliyik – özüdə qəti və qaçılmaz qanunlara – ya yox?  Cavabı budur: Biz müsəlman, təkallahçı və Qurana tabe olduğumuzdan, gərək qəbul edək ki, bəşər tarixinin, millətlər, qövmlər və cəmiyyətlərin tarixinin nizamlı, qəti və müəyyən bir ölçüləri vardır və biz, gərək o ölçüləri tanıyaq və özümüzü o ölçülərə uyğunlaşdıraq, təsadüfən, Qurani-Məcid bəşər tarixinin qəti və nizamlı ölçüyə malik  olmasını( insanların həyatı ilə daha çox bağlılığı olduğundan) daha artıq aydınlıqla bəyan etmişdir. Quranın bir çox ayələrində “Sünnət” ya ”Sünən” kəlməsi ilə rastaşırıq, yəni Qurani-Məcid bir qövmün   əhvalat və taleyini  zikr edəndə “ilahi sünnət” adı altında zikr edir. İlahi sünnət budur, ilahi üslub və ilahi qanun budur ki, millətlər əgər belə olsalar, bu cür taleləri olacaq, yox, əgər başqa cür olsalar, taleləri başqa cür olaçaq. Məsələn  elə bu ayə buyurur :

    3 žcÎ) ©!$# Ÿw çŽÉitóム$tB BQöqs)Î/ 4Ó®Lym (#rçŽÉitóム$tB öNÍkŦàÿRr'Î/   1

    İnsanın tarix və həyatında inkar olunmaz və qəti bir qanunu zikr edir. Biz görürük ki, Qurani-Kərim Firon və fironun tərəfdarlarının dastanını zikr edir, bunların zülümlər , ağalıqlar, istismar və ayrı-seçkiliklərini bəyan edir, bunların küfr və naşükürlüklərini  zikr edir və söhbəti onların həlakəti ilə sona çatdırır. Ardıyca belə buyurur:

    7Ï9ºsŒ  cr'Î/ ©!$# öNs9 à7tƒ #ZŽÉitóãB ºpyJ÷èÏoR $ygyJyè÷Rr& 4’n?tã BQöqs% 4Ó®Lym (#rçŽÉitóム$tB öNÍkŦàÿRr'Î/ 2y

    Yəni, bu ona görədir ki, Allah heç vaxt bir qövmə verdiyi neməti, onlar özləri öz şəxsiyyət, əxlaq və adətlərinə aid olan şeylərdə dəyişiklik əmələ gətirməyinçə və fəsad törtməyinçə, onlardan almır. 7tƒ öNs9 kəlməsi qətiyyət və zərurəti ifadə edir, yəni Allah heç vaxt belə olmayıb ki, səbəbsiz bir qövmdən neməti alsın, Allahın allahlığı tələb edir ki, belə olmasın.

    Haçan Quranda bu şəkildə ifadələr gəlirsə, alimlər ondan  zərurət, əbədiyyət və ümumiyyət kimi istifadə edirlər, məsələn usul elmi alimlərinin istinad etdikləri bu  ayə kimi:

    4y3wqߙu‘  ]yèö6tR  Ó®LymûüÎ/Éj‹yèãB$¨Zä. $tBur.

    Biz belə olmamışıq ki, bir qövmə, onların arasına peyğəmbər göndərməmişdən və kifayət qədər höccəti tamam etməmişdən qabaq, əzab edək, yəni biz heç bir millət və şəxsi höccət ona tamam olmamışdan və həqiqət onun üçün bəyan və aydın olmamışdan qabaq əzab etməyəcəyik. Usul alimləri deyirlər ki, bu ayə “Elansız tənbih qəbahətdir ” qaydasına bir dəlildir. Baxın, əgər bu ayədə belə gəlmiş olsaydı: Biz peyğəmbər göndərməmişdən qabaq onlara əzab etməmişik, onda ayə, yalnız keçmişdə bir peyğəmbər göndərilməmişdən qabaq bir qövmə əzab edilmədiyindən hekayət edərdi. Onda biz deyərdik ki, keçmiş zamandan xəbər verib; daha demir ki, gələcəkdə belədir, demir ki, biz həmişə beləyik. Amma, elə ki, bu cümlə ilə ifadə edir:

    Zwqߙu‘ ]yèö6tR  Ó®LymûüÎ/Éj‹yèãB$¨Zä. $tBur ,

    heç vaxt belə olmamışıq, yəni ülühiyyət və rububiyyət məqamının əksinədir ki, bir qövmə kifayət qədər höccəti onlara tamam etməmişdən qabaq əzab etsin.

    Bu ayədə ki, buyurur:

    y7Ï9ºsŒ,1cr'Î/ ©!$# öNs9 à7tƒ #ZŽÉitóãB ºpyJ÷èÏoR $ygyJyè÷Rr& 4’n?tã BQöqs%

    yəni, Allahın iradəsi və qəti  ilahi sünnət  belə deyil ki, hər hansı bir qövmün özü nemətlərin aradan getmə səbəblərini hazırlamadan onların əlində olan neməti onlardan alsın, yəni, o, qövmün özü özlərində dəyişiklik etmədən, əxlaqları xarab olmadan, öz ruhiyyətlərini itirmədən və imanları xarab olmadan. Deməli, Allahın insanlar arasında dəyişməyən qanunları vardır:

    2`n=sù y‰ÅgrB ÏM¨YÝ¡Ï9 «!$# WxƒÏ‰ö7s? ( `s9ur y‰ÅgrB ÏM¨YÝ¡Ï9 «!$# ¸xƒÈqøtrB

    Qeyd etdiyi bu ayələri də tarixi hadisələrdən sonra zikr edir. Deməli, ümumiyyətlə götürdükdə bəşər tarixində bir sıra qəti və dəyişilməyən sünnət və qanunların hakim olmasında  heç bir şəkk və şübhə yoxdur.

    Başqa bir ayəni sizin üçün şahid gətirirəm və sizi inandırıram ki, bu məsələ birinci dəfə Quranda zikr olmuşdur. Həmin mövzuya və bəni- İsrailə aid bəni-İsrail surəsində belə buyurur:

    وَقَضَيْنَا إِلَي بَنِى إِسْرَائِيلَ فِى الْكِتَابِ لَتُفْسِدُنَّ فِى الاَرْضِ مَرَّتَيْنِ وَلَتَعْلُنَّ عُلُوّاً كَبِير

    Biz kitabda (tovtat ya lovhi məhfuz, çoxları tovrat olduğunu deyiblər) hökm etmişik və yazmışıq ki, siz yer üzərində iki dəfə fəsad törədəcəksiniz, böyük həcimdə bir fəsad və hegamanluq. Birinci dəfə fəsad etdikdə, biz onun ardınca çox qüvvətli bir qövmü sizə qalib edəcəyik:

    فَإِذَا جَاء وَعْدُ اُولاهُمَا بَعَثْنَا عَلَيْكُمْ عِبَاداً لَّنَا اُوْلِى بَاْسٍ شَدِيد فَجَاسُواْ خِلاَلَ الدِّيَارِ وَكَانَ وَعْداً مَّفْعُولاً

    Biz güclü və qüvvətli bir milləti  sizə qalib edəcəyik ki, onlar sizin yaşayışınızın daxilinə kimi nüfuz etsinlər: فَجَاسُواْ خِلاَلَ الدِّيَارِ  . Bunlar sizin evlərinizin arasına kimi nüfuz etsinlər və bizim verdiyimiz bu vədə dəyişməzdir:وَكَانَ وَعْداً مَّفْعُولاً  Sonradan sizin vəziyyətiniz dəyişir, tövbə edirsiniz və yaxşı adamlar olursunuz,  biz də sizin vəziyyətinizi dəyişirik:  ثُمَّ رَدَدْنَا لَكُمُ الْكَرَّةَ عَلَيْهِمْ وَاَمْدَدْنَاكُم بِاَمْوَالٍ وَبَنِينَ وَجَعَلْنَاكُمْ اَكْثَرَ نَفِيرا

    Biz bunun arxasıyca yenidən öz nemətlərimizi  sizə qaytarırıq, sayınızı çoxaldırıq, sizin mal, qüdrət və qüvvətinizi artırırıq.  إِنْ اَحْسَنتُمْ اَحْسَنتُمْ لِاَنفُسِكُمْ وَإِنْ اَسَاْتُمْ فَلَهَا.  Bilin ki, əgər yaxşılıq etsəniz öz xeyrinizədir, çünki, yaxşılıq etmək və yaxşı olmağın dalıyca nemət gəlir və əgər pislik etsəniz  özünüzə pislik edibsiniz, çünki, pisliyin ardıyca zərər, zillət və bədbəxlik gəlir.

    فَإِذَا جَاء وَعْدُ الآخِرَةِ , ikinci dəfə yenə də sizin filiniz Hindistan xəyalına düşəcək və fəsad girdabına batacaqsınız:

    فَإِذَا جَاء وَعْدُ الآخِرَةِ لِيَسُوؤُواْ وُجُوهَكُمْ وَلِيَدْخُلُو الْمَسْجِدَ كَمَا دَخَلُوهُ اَوَّلَ مَرَّةٍ وَلِيُتَبِّرُواْ مَا عَلَوْا تَتْبِير اً

    عَسَي رَبُّكُمْ اَن يَرْحَمَكُمْ وَإِنْ عُدتُّمْ عُدْنَا1

    İkinci dəfə gəlib çatır  siz yenədə fəsad edirsiniz və yenə də bəşqa bir qövm gəlir və sizə qalib olur,sizi yazıq və bədbəxt edir. Bu ikinci dəfədə də əgər yenə siz tövbə etsəniz və yaxşı adamlar olsanız ümüd etmək olar ki, ilahi rəhmət sizin halınıza şamil olsun. Bu cümləyə gələndikdə isə:  وَإِنْ عُدتُّمْ عُدْنَا, əsas bu cümlədir. Bu cümlə qəti və ümumi bir qayda və sünnətin olduğunu çatdırır. وَإِنْ عُدتُّمْ عُدْنَا , hər vaxt siz fəsada tərəf qayıdsanız biz də başqa bir qovmü  sizə qalib etməyə qayıdarıq, hər vaxt ki, siz Allaha tərəf  üz çevirsəniz  bizim rəhmətimiz də sizə tərəf üz çevirər. Bu cümlə:  وَإِنْ عُدتُّمْ عُدْنَا, yəni ümumi, daimi və həmişəlik bir meyar. Bu ümumi meyar təkcə bəni-İsrailə  aid deyildir, bəlkə, bütün dünyaya aiddir.

    Qurani- məcid bəşər tarixinə  və bəşər tarixinin xüsusi bir qanunlardan itaət etməsinə təəccüblü bir dərəcədə israr edir. Əlbəttə, Quranın başqalarıyla məntiqi  bir fərqi vardir və o,da budur ki, başqaları,” əxlaqi fəsad  millətlərin  tale və səadətində təsirlidir”  məsələsinə ya diqqət yetirmirlər ya az diqqət yetirirlər. Quran bəşər tarixi fəlsəfəsini zikr edəndə bu şəkildə də təfsir edir, buyurur: tayfa və millətlərin səadəti onların elm, pak əxlaq və mənəviyyatlarına bağlıdır. Quran bir qövmün  mənəviyyatının onların talelərində geniş təsiri olmasına təəccüblü dərəcədə israr edir. Yəni, bu cəhət – o ümumi fəlsəfəni qəbul, hətta, birinci dəfə olaraq dünyada bəyan etməsindən əlavə olaraq – daha çox Quranın fərdi xüsusiyyətlərindəndir.

    öqs9ur2¨br& Ÿ@÷dr& #“tà)ø9$# (#qãZtB#uä (#öqs)¨?$#ur $uZóstGxÿs9 NÍköŽn=tã ;M»x.tt/ z`ÏiB Ïä!$yJ¡¡9$# ÇÚö‘F{$#ur

    Beləliklə, əgər biz tarix cəbrini ümumi şəkildə araşdırsaq görərik ki, düzgün və səhih bur məsələdir, amma, bu mənada ki, bəşər tarixi bir sıra nizamlı qanunları və toxunulmaz meyarların əsasında hərəkət edir.

    Tarix cəbri və əbədilik.

    İndi də o cənabların bəyan etdikləri məsələyə toxunuruq. Bunların nəzərində tarix cəbri səbəb olur ki, heç bir şey dünyada əbədi qalmasın. Bu söz haradan ortaya çıxdı? Bizim onlarla ixtilafımız burdadır.

    Biz deyirik ki,  tarixdə bir sıra qəti, onların dili ilə desək cəbri1, qanunların olması səbəb olmur ki, insan həyatına sabit  prinsipıər hakim olmasın və heç bir şey əbədi qalmasın. Biz də deyirik ki, tarixə bir sıra qəti qanunlar hakimdir və bu qanunları tanımaq lazımdır, amma haradan? Bu cənablar deyirlər ki, bu qəti qanunlar  hər hansı bir şeyin dünya və bəşəriyyət tarixində əbədi qalmasına mane olur. Bu hardan ortaya çıxdı?

    Əgər deyiriksə “tarix cəbri” əvvəl gərək, tarixi amilləri tanıyaq, bilək ki, tarixi amillər nədir?  Bu cənabların dediyi tarix cəbrinin bizlərin qədimdən  dediyimiz qəza və qədərlə fərqi budur ki, qəza və qədər fövqəltəbii amillərə aiddir, tarix cəbri isə təbii və materiyaya aid olan amillər fonunda öz əksini tapır. Biri ”qəza və qədər” deyirsə, tarixin fövqəltəbii  amilləri baxımından deyir, və o birisi “tarix cəbri” deyirsə tarixin maddi amillərini nəzərdə tutur. Biz tarixin maddi amillərini inkar etmirik. Biz metafizik aləmə etiqad bəsləyirik və təbiət və onun amillərini inkar etmirik, materialistlərin qəbul etdikləri bütün amilləri  qəbul edirik, amma, onlardan fərqli olaraq, təbii amilləri vücud və varlığın bir üzü hesab edirik, varlığın o biri üzünə də etiqad bəsləyirik. İndiki söhbət təbiət baxımındandır. Tarixin amilləri nədir?

    Tarixi insan yaradır. Tarixin amilləri insan, onun ehtiyacları və meyillərindən ibarətdir.Tarixi insanın vücudundan kənar bir şey yaratmı.Tarixi dövr etdirən insandır və onun ehtiyacları. İnsanın ehtiyacları nədir? İnsanın ehtiyacları həddindən artıq çoxdur və saymaq olmaz. İnsanın birinci növ ehtiyacları  və ikinci növ ehtiyacları vardır. İkinci növ ehtiyacları sonsuzdur. Bilmək lazımdır ki, birinci növ ehtiyacları nədir. Cünki, ikinci növ ehtiyacları insan birinci növ ehtiyaclara görə istəyir, məsələn, insanın pula ehtiyacı vardır, amma, insanın pula olan ehtiyacı  ikinci növ ehtiyacıdır, birinci növ ehtiyac deyildir. Bu nə deməkdir? Yəni, pulun özü təklikdə insanın ehtiyaclarından heç birini aradan qaldırmır, insanın qarnını doydurmur, onun xəstəliklərindən heç birini sağaltmır, yəni, əgər pulu xəstə üzvün üzərinə qoysan heç bir təsir bağışlamır, adam əgər ac ola və əskinas yeyə heç bir faydası yoxdur, əgər ac ola və onu bir otaqda saxlayalar, orda da heç bir yemək olmaya, amma, bütün dünyanın sikkələri orda ola, yenə də aclıqdan ölər. İnsanın geyimə ehtiyacı var. Pul geyim ola bilməz. İnsanın həyat yoldaşına ehtiyacı var. Pul onun üçün həyat yoldaşı ola bilməz. Evə ehtiyacı var. Pul ev deyildir. İnsanın pula olan ehtiyacı ikinci növ ehtiyacdır. Yəni, insanlar ictimai şəkildə yaşayırlar və belə yaşayış tərzində, hər bir şəxs ya qrup bir işi və bir ehtiyacı təmin etmək vəzifəsini daşıyır və xüsusi mülkiyyət cəmiyyətə hökumət edir və insanlarin arasında mal mübadiləsinə ehtiyac vardir və hər şəxs, gərək, istehsal etdiyi məsulun ehtiyacından artıq qalanını başqaları ilə mübadilə etsin və insanların mal mübadiləsinə ehtiyacları vardır , Şeyxor-rəisin1sözləri ilə desək  iki tərəfli mal təklifinə, mal mübadiləsində öz məhsullarını təklif etməyə  ehtiyacları vardır, burdadır ki, pul mübadilə olunası məhsulların arasında əlaqələndirici rolunu oynayır. Belə olur ki, insanın pula ehtiyacı yaranır, amma, ikinci növ  bir ehtiyac, yəni, insanlar ictimai şəkildə yaşadıqlarından və ictimai yaşayışda mübadilə olduğundandır ki, pula da ehtiyac vardır. Əgər, insan gedib bir meşədə  və tək – təkinə yaşamaq istəsə daha pula ehtiyacı olmayacaqdır. Ya əgər, yaşayış ictimai şəkildə ola, amma, mal mübadiləsinə ehtiyac olmaya, belə ola ki, məsələn, yaşayış sırf komuna şəkilində ola və xüsusi mülkiyyət tamamilə aradan gedə, bütün insanlar bir ailə kimi olarlar və dövlət hammının yemək və geyimini verə, burda da pula ehtiyac olmayacaqdır.

    İnsanların ehtiyaclarının əksəriyyəti ikinci növ ehtiyaclardır, nə birinci növ. İndiki söhbətimizi nəzərdə tutsaq, əsas birinci növ ehtiyaclardır.                   

    Marksizmin səhvi.

    O adamlar ki, tarix cəbrindən söhbət düşəndə deyirlər ki, tarix cəbrinin diqtəsinə əsasən heç bir şey əbədi qalmamalıdır, elə xəyal edirlər ki, insanın birinci növ ehtiyacı  yalnız iqtisadi ehtiyacla məhdudlaşır, başqa ehtiyacların hammısı ikinci növ ehtiyaclardır, insanların mənəvi ehtiyacları, elm, təqva və ədalətə olan ehtiyac ikinci növdür, gözəllik, əxlaqa olan ehtiyac ikinci növdür, və insanları, fəqət, qarından ibarət olan bir heyvan fərz ediblər, hər şeyin səbəbini qarında görürlər. Sonralar bəşər yaşayışının iqtisadi amillərinin dəyişdiyini gördükdən sonra dedilər ki, iqtisadiyyat dəyişir, deməli, insan həyatında hər şey dəyişir və insan həyatında heç bir sabit şey yoxdur. Elə buna görə də dedilər ki, tarix cəbrinin tələbi budur ki, hər şey əvəz olunsun. Tarix cəbrinin nəticəsi  hər şeyi əvəz etmək və heç şeyin əbədi olmamasıdır. İshehsal vasitələri dəyişdiyinə və iqtisadiyyatın insan həyatının binövrəsini təşkil etdiyinə görə, onun dəyişikliyi nəticəsində insan həyatının bütün başqa zahiri sahələri də dəyişir.

    Soruşuruq: Cənab, elm nədir?  Deyir: elm iqtisadiyyatın bir şaxəsidir və müstəqil deyildir. Soruşuruq: gözəllik nədir?  Deyir: o, da başqa bir şaxəsidir, iqtisadiyyat gövdəsinin bir başqa budağıdır. Habelə, əxlaq və dini iqtisadiyyatın başqa şaxələri hesab edirlər. Hər şeyin binövrəsini təşkil edən bəşərin iqtisadi vəziyyəti əbədi olmadığından dünyada heç bir şey əbədi deyildir. Bu sözlərdir ki, insanların arasında belə bir fikri formalaşdırmışdır ki, hər şeyin qabağında tez tarix cəbri silahına əl atır və deyirlər ki, tarix cəbri hər şeyi dəyişir.

    Xeyir cənab, tarix cəbri düzdür və tarix cəbri bəşər həyatında bir sıra məsələlərin dəyişməsini tələb etdiyi kimi, elə həmən tarix cəbrinin özüdə, bəşər həyatında bir sıra həqiqətlərin sabit qalmasını tələb edir. Niyə? Çünki, bəşərin ehtiyacları iki cürdür: bir sıra ehtiyaclar sabit və bir sıra ehtiyaclar dəyişkəndirlər. Sabit ehtiyaclar insan həyatında bir sıra  həqiqətlərin sabit qalması üçün bir amildir; dəyişkən ehtiyaclar dəyişmək üçün bir amildir. Deməli, bu  mövzu (hansı ki, onu bəhanə ediblər ki, biri deyən kimi din ya başqa fılan həqıqət əbədidir, tez desinlər: bu tarix cəbri ilə uyğun deyil) düzgün deyil və onlar tarix cəbrini dərk etməyiblər.

    Əvvəl cəbri təfsir et və sonra tarixi dövr etdirən amilləri bizə göstər, görək ki, nədir? Sonra göstər ki, bu amillərin içərisində hansı amillər sabit və hansı amillər dəyişkəndir. Əgər məlum olsa ki, tarixi dövr etdirən amillər çoxdur və onların arasında bir çoxu sabitdir, nə dəyişkən, deməli, tarix cəbrinin özü tələb edir ki, gərək, insan həyatında bir sıra həqiqətlər  sabit və dəyişməz qalsınlar.


    1–“Həqiqətən biz, özümüz nazil etmişik Zikri(Qurani) və həqiqətən biz onun qoruyanıyıq”(hicr surəsi, ayə 9)

    1-–“Həqiqətən, biz, özümüz nazil etmişik Zikri(Qurani) və həqiqətən, biz onun qoruyanıyıq”(hicr surəsi, ayə9)

    1-Rum surəsi, ayə 54.

    1-”Allah heç bir qömü (taleyini), onlar özlərinə aid olanları dəyişmincə, dəyişməyəçəkdir”(Rəd surusi, ayə11.)

    2–Ənfal surəsi, ayə 53.                                                                                                                                        

    3–İsra surəsi, ayə 15.

    1–Ənfal surəsi, ayə 53.

    2-“Allahın üslubunda(və qanununda) heç bir əvəzlənmə  tapmayacaqsan və Allahın üslubunda(və qanununda) heç bir dəyişiklik tapmayacaqsan.” (fatir surəsi, ayə 43)

    1-İsra surəsi, ayə 4-8.

    2–“Əgər bu diyarların saknləri iman gətirsəydilər və təqvalı olsaydılar biz bərəkəti yerdən və göydən onların üzərinə açardıq.”(Əraf surəsi, ayə 96)

    1–Hərçənd bura üçün yaxşı kəlmə seçlməmişdir. Çünki, ”cəbr” deyilən kimi bəzilərinin zehninə zor, ikrah və icbar anlamı gəlir, yəni, belə ki, bir nəfər gəlib başqa birisinin ixtiyarını onun əlindən alır, halbu ki, belə deyildir.

    1–İbn Sinanın ləqəbidir.

     
    FirstName :
    LastName :
    E-Mail :
     
    OpinionText :
    AvrRate :
    %0
    CountRate :
    0
    Rating :