Uşaq- anlayışı bizim qalmağımız və gələcəyimiz deməkdir. Sağlam uşaq hər bir evin sevgi və qalması deməkdir. Hər bir körpə ailəyə xoşbəxtlik və fərəh gətirir. Amma bu həmişə belə olmur. Bəzən onlar ailələrinin bədbəxt olmalarının da səbəbkarı olurlar. İslama görə Həm valideyinlər və həm uşaqların özünəməxsus vəzifələri var. Hər iki tərəfdən biri bu öhdəlikləri layiqincə yerinə yetirmədikdə promlemlər üzə çıxır. Məhz bu növ problemlərin qarşıya çıxmaması üçün Hər iki tərəf öz vəzifə və öhdəliklərini kifayətcə mənimsəməlidirlər.
Uşaq aləmi tam fərqli və özəl bir aləmdir. Düzdür hamı uşaq olur və sonra böyüyür, amma hamı uşaqlığını tam şəkildə və bütövlükdə araşdıra və təhlil edə bilmir. Buna əsasən Hazırda Psixologiya elmində "Uşaq Psixologiyasi" deyilən bir yeni fakultə də formalaşmışdır. Çünki hazırda isbat olunub ki, uşaqlıqda kifayət qədər kam ala bilməyən uşaqlar, həmin məsələnin kin və küdurətini həyatının sonuna qədər özündə saxlayır. Amma beynin gizli və arxa hissəsində onlar qorunur. Ola bilsin ki, heç vaxt onu şəxsin özü də bilə- bilə hiss etməsin. Amma analiz etdikdə onu üzə çıxarır.
Yaxşı uşaq ata- anasının başını uca etdiyi kimi, onların zəif və aciz olduqları qocalıq dönəmində də valideyinləri üçün bir dayaq və arxa olur. Ata- ana uşaqların tərbiyəsində çox səy göstərərlərsə, bir zaman zəhmətlərinin meyvəsindən gözəl şəkildə bəhrələnəcəklər. Eyni şəkildə, əgər bu məsələdə qəflət və tənbəllik nümayiş etdirsələr, nəticədə zərərini görəcəklər.
Bu kitabı tərcümə etmək demək olar ki, bu zəmində və bu məqsədlə baş vermişdir. İslamın uşaq və körpəyə olan qayğısını bilib və ona həyatımızda əməl etmək, bu kitabın tərcüməsinin əsas hədəfidir. Fikrimizcə Quran və məsumlardan olan hədisləri olduğu kimi nəql edib və tərcümə etmək də, insanlarda daha da müsbət təsir bağışlayacağına əmin olub bu kitabın tərcüməsinə başladım.
Saleh övlad arzusu insanda fitri- təbii bir istəkdir. Hamının ürəyindən ləyaqətli, sağlam ruh və cismə malik övlad arzusu keçir. Hətta pis, azğın insanları belə övladlarının yaxşı taleyi düşündürür.
Qur`an təfəkkürü sayəsində tərbiyə alanların isə baxışları daha geniş olub, övladlarının sağlam tərbiyəsi ilə barabər onların başqaları üçün rəhbər, nümunə və örnək olmalarına da əhəmiyyət verirlər. Onlar mehriban Allahın dərgahından belə təmənna edirlər:
وَالَّذِينَ يَقُولُونَ رَبَّنَا هَبْ لَنَا مِنْ أَزْوَاجِنَا وَذُرِّيَّاتِنَا قُرَّةَ أَعْيُنٍ وَاجْعَلْنَا لِلْمُتَّقِينَ إِمَامًا
“Və o kəslər ki, “Ey Rəbbimiz, bizə zövcələrimizdən və uşaqlarımızdan gözümüzün işığı olacaq övladlar ehsan buyur və bizi müttəqilərə imam (rəhbər) et!” – deyərlər.”[1]
Burada mühüm məsələ odur ki, görəsən, bu böyük arzuya çatmaq mümkündürmü? Yaxud dualarımızın həyata keçməyi üçün nə etməliyik?
Deməliyik ki, övlad tərbiyəsində üç əsas zəruridir:
1. Sağlam ailə mühiti.
2. Uşağın hüquqları.
3. Uşağın vəzifələri.
Bu kitab üç hissədə həmin əsasları Qur`an və İslam rəhbərlərinin göstərişlərinə əsasən araşdırır:
Birinci hissə dörd fəsildən ibarət olub, cəmiyyətin sağlam ailə mühiti yaratmaqda və övlad tərbiyəsində mühüm rolu, övladın cismi-ruhi səadət və sağlamlığında ata-ananın yeməyi, onların İslam rəhbərlərinin buyruqlarında övladın gələcəyinə dair cinsi münasibətlərinin keyfiyyətini əhatə edir.
İkinci hissə altı fəsildən ibarət olub, İslam nöqteyi-nəzərindən uşağın hüquqlarını araşdırılır:
Birinci fəsildə körpənin hüquqlarına dair aşağıdakı məsələlər göstərilir: 1. təvəllüd mərasimi; 2. təvəllüd qüslü; 3. körpənin sağ qulağına azan, sol qulağına iqamənin deyilməsi; 4. körpənin kamına ilk olaraq Fərat suyu və ya imam Hüseynin (ə) türbətinin dadızdırılması; 5. körpəyə yaxşı ad qoyulması; 6. körpənin saçını qırxıb, ağırlığı qədər qızıl və ya gümüşün sədəqə verilməsi; 7. qurbanlıq; 8. sünnət mərasimi.
İkinci fəsildə südəmər uşaqların ana və ya layiqli dayə tərəfindən südlə qidalanması haqda göstərişlərə, körpənin hislərinə düzgün yanaşma və sairə toxunulur.
Üçüncü fəsildə təlim-tərbiyənin başlıca hüquq kimi əhəmiyyəti, bu işdə dövlət və ailələrin məs`uliyyətli rolu və digər mühüm incəliklər (uşağın tərbiyəsində növ və İslam tərbiyə metodları) göstərilir.
Dördüncü fəsildə tərbiyəvi hüquqlar sırasında uşaqla mehriban rəftar, ona ehtiram, müraciət qaydaları, övladlar arasında hüquqlar, onlara verilən və`dələr, qayğılar kimi əxlaq normaları açıqlanır.
Beşinci fəsildə tərbiyəçi müəllimlərin uşaqlara zövqi hislərin aşılaması, normal inkişafda oyun və əyləncənin rolu araşdırılır.
Altıncı fəsildə övladların taleyində dua və qarğışın rolu və tərbiyəvi əhəmiyyəti göstərilir. Buna aid hüquqlarla bərabər fəslin sonunda imam Səccadın (ə) övladları üçün duası dəyərli nümunə kimi verilir.
Üçüncü hissədə uşaqların vəzifələri ilə əlaqədar tərbiyəçi müəllimlərin onlarda məs`uliyyət hislərinin aşılaması qarşıya çəkilir. Bu hissə dörd fəsildən ibarət olub, uşağın şəxsi və ata-ana, müəllimlər, özündən böyüklər, dostları qarşısında vəzifələrindən söz açır.
Deməliyik ki, bu kitab valideynlər, tərbiyəçi müəllimlər və təlim-tərbiyə ocaqları üçün nəzərdə tutulmuşdur. Bu əsərdə uşağın təlim-tərbiyəsi ilə bağlı Quran və hədislərdən ən mühüm göstərişlər müəyyən şərhlərlə yanaşı verilib və şübhəsiz, övlad tərbiyəsi ayrıca geniş kitaba ehtiyac duyduğundan bunun özü həmin sahədə digər kitablar üçün dəyərli sərmayə ola bilər.
Yeri gəlmişkən, kitabın tərtib və təhqiq işlərində əməkdaşlıq göstərən “Hədis elmləri və maarifi” tədqiqat müəssisəsinə, hədislərin tərcüməsində həmkarlıq edən hörmətli alim Abbas Pəsəndidəyə xüsusi minnətdarlığımızı bildirir və mütəal Allahdan hamımıza layiqli mükafat diləyirik!
İlahi bizdən bunu qəbul et ki, həqiqətən, Sən eşidən və bilənsən!
القسم الأوّل : اُسس تربية الطفل
الفصل الأول:الأُسرة
الفصل الثاني: الوراثة
الفصل الثالث: طعام الوالدين
الفصل الرابع: کيفيّة انعقاد النّطفة
BİRİNCİ HİSSƏ
UŞAQ TƏRBİYƏSİNİN ƏASLARI
İşarə
Birinci fəsil: Ailə mühiti
İkinci fəsil: Gen və irsiyyət
Üçüncü fəsil: Ata-ananın qidası
Dördüncü fəsil: Cinsi rabitə
المدخل
تمثّل الاُسرة أوّل ركن أساسي في تربية الأطفال الصالحين. فأساس شخصية الطفل يتشكّل في الاُسرة، ولذلك تقسم حقوق الطفل على الاُسرة إلى قسمين: الحقوق قبل الولادة، والحقوق بعد الولادة .
وعلى هذا الأساس، فإنّ مسؤولية الوالدين تجاه الأولاد تبدأ من منظار الإسلام قبل الولادة، فللطفل حقوق على والديه قبل أن يولد، وإذا لم تراع هذه الحقوق، فإنّ آثار تعليمه وتربيته سوف تنحسر وتقلّ .
وقد جاءت إرشادات أئمة الإسلام في هذا المجال في القسم الأوّل من كتاب تربية الطفل في الإسلام في أربعة فصول:
İşarə
Ailə, uşaqların normal böyüyüb başa çatması üçün böyük əhəmiyyət daşıyır. Uşağın şəxsiyyəti ailədə formalaşır və onun ilkin hüquqları iki qismə bölünür: təvəllüddən qabaqkı hüquqlar; təvəllüddən sonrakı hüquqlar.
Demək, İslam nöqteyi-nəzərindən ata-ananın övlad məs`uliyyəti təvəllüddən öncə başlayır. Uşağın hətta dunyaya göz açmamış ata-anası üzərində müəyyən hüquqları var ki, onlarsız təlim-tərbiyənin təsiri azalır.
Bu məsələ ilə bağlı İslam rəhbərlərinin buyruqları ayrıca dörd fəsildə qeyd ediləcək:
1 . تنظيم الاُسرة الصالحة
- Sağlam ailə mühiti:
تمّ التأكيد في الفصل الأوّل، خلال بيان قيمة طلب الولد وأهمّية تكوين الاُسرة، على أنّ جنس الولد ليس مهمّا سواء كان ذكرا أم اُنثى، فالمهم هو سلامة الولد وكونه صالحا، وبما أنّ البنات كنّ يتعرّضن للقسوة والجفاء، فقد أوصى أئمة الإسلام كثيرا بمحبّتهم والتعامل معهم بالحنان.
ويصرّح القرآن الكريم بأنّ أطفال أهل الإيمان، يلتحقون باُسرهم في جنّة
الخلد، وبذلك تحظى الاُسر المربية للأولاد الصالحين بالتقدير والتشجيع.
وفي المقابل حذرت الروايات الإسلامية بشدّة من خطر الأولاد غير الصالحين، وذكرتهم باعتبارهم من أدهى المصائب الّتي تنزل على الاُسرة .
Birinci fəsildə övlad arzusunun dəyəri və ailə qurluşunun əhəmiyyətinə xüsusi yer verilsə də, övladın qız və ya oğlan olması əhəmiyyət kəsb etmir. Əsas məsələ övladın tərbiyə və sağlamlığıdır. O zaman qız uşaqları ülfət və qayğıdan məhrum olduqlarından İslam rəhbərləri onlara məhəbbət bəsləməyi daha çox tövsiyə etmişlər. Qurani-Kərimdə açıq-aşkar buyurulur ki, mömin uşaqlar axirət aləmində, behiştdə öz ailələrinə qovuşacaq, layiqli ailələr təşviq olunacaq, mükafatlandırılacaqlar. Buna əks, İslam rəvayətlərində pis və ləyaqətsiz övladların böyük təhlükə olmaları xəbərdarlıq edilir və onlar ailələr üçün ağır müsibət hesab olunur
تحديد النسل من منظار الإسلام
İslam baxımından cəmiyyətin idarə olunma tərzi
يتّضح من خلال التأمّل فيما سبق، أنّ المراد من الأحاديث الّتي تشجع المسلمين على كثرة الأولاد، هو التخطيط لتربية أكبر عدد ممكن من الأولاد السالمين والصالحين وبناء المجتمع النموذجي، وفي هذه الحالة فإنّ الإسلام لا يعارض تحديد النسل فحسب، بل إنّه يشجع على ازدياد أفراد المجتمع الإلهي؛ ولكن كثرة الأولاد لا تعدّ مطلوبة في ظلّ الظروف الّتي لا تمتلك فيها الاُسرة القدرة على تربية الأولاد الصالحين بسبب المشاكل الاقتصادية والمفاسد الثقافية، وعندها تبدو الحاجة إلى التخطيط لتحديد النسل.
وبناء على ذلك، فإنّ إرشادات أئمة الإسلام وتوجيهاتهم، تفيد بأنّ على الحكومة الإسلامية والاُسر المسلمة أن تخططا لزيادة أفراد المجتمع الإسلامي مع الأخذ بنظر الاعتبار القدرة الاقتصادية والثقافية، وإذا ما تعارضت تربية الأفراد الصالحين مع زيادة السكان لأي سبب، فإنّ عليهما أن تحولا دون نمو السكان.
Qeyd edilənlərə diqqət yetirməklə mə`lum olur ki, müsəlmanları çoxlu övlad sahibi olmağa rəğbətləndirən hədislərdə onların sağlam tərbiyəsi və nümunəvi cəmiyyətin yaradılması üçün tədbirlər də nəzərdə tutulmuşdur. Bu surətdə İslam cəmiyyətin artımı ilə əsla müxalif olmayıb, ilahi quruluşun yaranması istiqamətində cəmiyyətin çoxalmanın da tərəfdarıdır. Lakin maddi problemlər və əxlaqi pozuntular üzündən ailələrdə sağlam övlad tərbiyəsi mümkün olmadığı üçün, demək olar, övladın çoxluğu məsləhət görülmür və cəmiyyətin idarəsi ilə əlaqədar müəyyən tədbirlərə ehtiyac duyulur.
İslam rəhbərlərinin göstərişlərinə əsasən, dini qurluş, eləcə də müsəlmanlar iqtisadi-mədəni durumu nəzərə alaraq cəmiyyətdə artımla əlaqədar məsuliyyət daşıyırlar. Müəyyən səbəblər üzündən övlad tərbiyəsi cəmiyyətin artımı ilə ziddiyyət təşkil etdikdə, belə artımın qarşısı alınmalıdır.
2 . دور الوراثة
[1]“Fürqan” surəsi, ayə: 74.