ArticleIDPicAddressSubjectDate
{ArticleID}
{Header}
{Subject}

{Comment}

 {StringDate}
 
 
 
 
 
 
 
ViewArticlePage
 
 
 
  • Hər dərdin dərmanı var   
  • 2010.02.06 23:44:50  
  • CountVisit : 562  
  • Sendtofriend
  •  
  •  
  • - Peyğəmbər (s) buyurdu: Hər dərdin dərmanı var. Eləki dərman ağrıya yetişdi Allahın izni ilə sağalar.[1]

    - Peyğəmbər (s) buyurdu: O şəxs ki dərdləri yaradəb onlar üçün dərmanda yaradıbdır. [2]

    - Peyğəmbər (s) buyurdu: Özünüzü dərman edin. Çünki Tanrı heç bir dərdi yaratmayıb ki onun şəfasını nazil etməsin.[3]

    - Peyğəmbər (s) buyurdu: Özünüzü dərman edin. Çünki Tanrı hər bir dərdi yaradıbsa, onun şəfasını da nazil edib. Məgər ölüm. Onun heç bir dərmanı yoxdur.[4]

    - Əl müstədrək Ələs- səhihəyn – Əbu Səid Xodrinin nəqli ilə - Peyğəmbər (s) buyurdu: Tanrı heç bir dərdi yaratmayıb ki onun şəfasını da nazil edib. Bəziləri ondan agahlıq tapıblar və bəziləri isə ondan qafil qalıblar. Mməgər sam.

    Soruşdular: Sam nədir?

    Buyurdu: Ölüm.[5]

    - Bağdad tarixi – Cabirdən nəql ilə - Peyğəmbərın (s) yanında idim. Və O bir xəstəyə dəyməyə getmişdi. Ona dedi: Sənin üçün həkim çağıraq?

    Dedi: Ey Peyğəmbər! Sən bu işə əmr verirsən?

    Buyurdu: Bəli. Tanrı heç bir dərdi nazil etməyib ki onun şəfasını da nazil etməsin.[6]

    - Əl- müsənnəf – Hilal ibn yəsafın rəvayətinə görə - Peyğəmbərin zamanında bir kişi yaralandı. Peyğəmbər (s) buyurdu: (onun üçün həkim çağırın.)

    Biri dedi: Ey Allahın peyğəmbəri! Həkimin ona faydası olacaq?

    Peyğəmbər (s) buyurdu: Bəli. Tanrı nazil etdiyi hər dərdin şəfasını da nazil etmişdir.[7]

    - İmam Əli (ə) buyurdu: Hər canlının dərdi var. Hər bir dərdin də dərmanı var.[8]

    - İmam Rza (ə) buyurdu: Tanrı heç bədənə xəstəlik vermir. Məgər o vaxtacan ki onun üçün dərman verir. Hər dərdin dərmanı var, çarəsi var, nüsxəsi var.[9]

    Dərman təqdirdir.

    - Peyğəmbər (s) buyurdu: Dərman Allah təqdiridir və mümkündür Allahın izni ilə mənfəətli olsun.[10]

    - Peyğəmbər (s) buyurdu: Dərman Allah təqdiridir və hər kəsi istəsə, istədiyi kimi mənfəət verər.[11]

    - Sünən ibn macə- Əbu xozamədən rəvayət edir: Allahın Peyğəmbərindən soruşdular: Özümüzü dərman etmək ya üstümüzdən dua asmaq və yaxut pərhiz etmək Allahın təqdirindən saxlayarmı?

    Buyurdu: Bunun özü Allahın təqdirindəndir.[12]

    - İmam Sadiq (ə) buyurdu: Peyğəmbərlərdən biri xəstə oldu. Dedi: Dərman etməyəcəm ta məni xəstə edən şəxs özü dərman etsin. Sonra Allahdan ona vəhy gəldi: Şəfa vermərəm məgər dərman edəsən. Çünki şəfa məndəndir.[13]

    - Ehya ulumud- din: Alimlərdən biri nəql edibdir ki, Musa xəstəliyə düçar oldu. Bəni israil onun hüzuruna gələrək xəstəliyini bildilər və ona dedilər: Əhər fılan dərmanı istifadə etsən sağalacaqsan. Amma Musa dedi: Dərman etməyəcəyəm tainki onun özü dərmansız məni sağaltsın.

    Sonra xəstəliyi uzandı. Sonra yenidən ona dedilər: Bu xəstəliyin dərmanı məlumdur və təcrübə də göstəribdir. Biz o dərmandan istifadə rdirik və sağalırıq.

    Musa dedi: Dərman etməyəcəyəm. Sonra xəstəliyi qaldı. Allahdan ona vəhy gəldi: İzzəti cəlalıma and olsun sənə şəfa verməyəcəyəm, məgər sənə deyilənlərlə özünü dərman edəsən.

    Sonra Musa onlara dedi: Bildiyiniz dərmanla məni sağaldın.

    Ona dərman verdilər və o sağaldı. Amma ürəyi bir az tutuldu. Sonra Allah ona vəhy göndərdi: İstiyirdin mənə təvəkkül etməklə, mənim hikmətimi batil edəsən. Məndən başqa kim şeylərin mənfəətin dərmanlarda əmanət qoyubdur.[14]

    Şəfa Allahdandır

    Quran

    «وَإِذَا مَرِضْتُ فَهُوَ يَشْفِينِ»

    “Eləki xəstələndim O şəfa verdi.”[15]

    Hədis

    - Tibbun- Nəbəvi: İbrahim xəlil dedi: Tanrım dərd kimdəndir?

    Tanrı buyurdu: Məndən.

    Soruşdu: Dərman kimdəndir?

    Tanrı buyurdu: Məndən.

    Soruşdu: Həkim nə karədir?

    Buyurdu: Elə bir şəxsdir ki, dərman onun əli ilə göndərilir.[16]

    - İmam Sadiq (ə) buyurdu: Keçmişdə həkimə müalicəçi deyərdilər. O vaxtlarda İmran oğlu Musa soruşdu: Tanrım dərd kimdəndir?

    Tanrı buyurdu: Məndən.

    Soruşdu: Dərman kimdəndir?

    Tanrı buyurdu: Məndən.

    Soruşdu: Onda camaatın müaliclə nə işi var?

    Tanrı buyurdu: O bu işi ilə cəmiyyətin ürəyini xoş və şad edir. Məhz buna görə onun adını Təbib qoydular.[17]

    - Müsnəd ibn hənbəl: Əbu rəmsədən rəvayətinə əsasən: Atamla birgə peyğəmbərin hüzuruna getdik. Atam Onun arxasında olanı gördü və dedi: Ey Allahın Peyğənbəri! Onu dərman edim? Mən təbibəm.

    Buyurdu: Sən rəfiqsən. Allahın özü təbibdir.[18]

    - Dəaimul-İslam: İmam Sadiqdən soruşdular: Bir kişini yəhudu ya xristian müalicə edə bilərmi?

    Buyurdu: Bunun işkalı yoxdur. Şəfa Allahın əlindədir.[19]

    - Peyğəmbər (s) buyurdu: Allahım sənə şükürlər olsun! Ona görə ki yaratdın, səs verdin və təqdir qıldın, azdırdın və hidayət etdin, geldürdün və ağlatdın, öldürdün və diriltdin, xəstələndirdin və şəfa bəxş etdin, xörək verdin və su verdin.[20]

    - Peyğəmbər (s) buyurdu: Cövşən kəbir duasında- Ey bizim yol göstərənim! Ey bizim köməkçimiz! Ey bizim həbibimiz! Ey bizim təbibimiz! Ey təbibi olmayanların təbibi.[21]

    - İmam Səccad (ə) buyurdu: Ey Allahım! Sənə şükür ki, yaratdın və normallaşdırdın, Təqdir etdin və hökm verdin, Öldürdün və canlandırdın, xəstələndirdin və şəfa verdin, sağlamlıq verdin və düçar etdin.[22]

    - İmam Əshəri (ə) özünün Səhərlər oxuduğu dualarda deyirdi: Ey o şəxs ki istədiyi şeydə şəfa qoyur. Ey o şəxs ki, ən az dərmanla ən çətin dərdləri dərman edir.[23]

    - Ehya ulumud- din: Musadan rəvayət olub ki, buyurdu: Ey Tanrım! Dərd və dərman kimdəndir?

    Buyurdu: Məndən.

    Soruşdu: Onda həkimlər nə edirlər?

    Buyurdu: Öz ruzilərin yeyirlər və bəndələrimin qəlblərini şad edirlər. Ta o vaxtacan ki, ya şəfa verəm və ya təqdir etdiyim qəza yetişsin.[24]


    [1]- Səhih müslim, cild 4, səh 1729, hədis 69

    [2]- Dəaimul islam, cild 2, səh 144, hədis 500

    [3]- Məkarimul əxlaq, cild 2, səh 179, hədis 2460

    [4]- Dəaimul islam, cild 2, səh 143, hədis 499

    [5]- Əl müstədrək Ələs- səhihəyn, cild 4, səh 445, hədis 8220

    [6]- Bağdad tarixi, cild 14, səh 348

    [7]- Əl- müsənnəf ibn əbi şiybə, cild 5, səh 421, hədis 1

    [8]- Ğorərul hikəm, hədis 7274 və 7275

    [9]- Tibbul İmam Rza, səh 10

    [10]- Əlmöcəmul- kəbir, cild 12, səh 131, hədis 12784

    [11]- Kənzul- əmmal, cild 10, səh 5, hədis 28082

    [12]- Sünən ibn macə, cild 2, səh 1137, hədis 3437

    [13]- Məkarimul-Əxlaq, cild 2, səh 180, hədis 2465

    [14]- Ehya ulumud- din, cild 4, səh səh 413

    [15]- Şüəra, ayə 80

    [16]- Tibbun- Nəbəvi, İbn Qəyyim, səh 17

    [17]- İləluş-şəraye, səh 525, hədis 1

    [18]- Müsnəd ibn hənbəl, cild 6, səh 158, hədis 17499

    [19]- Dəaimul-İslam, cild 2, səh 144, hədid 501

    [20]- Əlbələdul-Əmin, səh 350

    [21]- Əlbələdul-Əmin, səh 406

    [22]- Əlmisbah, kəfəmi, səh 123

    [23]- Əlmisbah, kəfəmi, səh 113

    [24]- Ehya ulumud- din, cild 4, səh 414

     
    FirstName :
    LastName :
    E-Mail :
     
    OpinionText :
    AvrRate :
    %0
    CountRate :
    0
    Rating :