Əbu BəKrin dövründə
Zəhəbi rəvayət edir ki, Əbu Bəkr Peyğəmbərin vəfatından sonra camaatı çağıraraq dedi: «Siz özünüz Peyğəmbərdən müəyyən sözlər nəql edərək onun barəsində ixtilafa düçar olursunuz. Sizdən sonra gələnlər daha artıq ixtilaf edəcəklər. Belə isə, Peyğəmbərdən heç bir şey nəql etməyin; əgər bir şəxs sizdən bir şey soruşsa, cavabında deyin: «Allahın Kitabı sizin aranızdadır, onun halalını halal, haramını haram bilin.»[1]
Ömərin dövründə
Ibni Sə`din «Təbəqat» kitabında deyilir: «Peyğəmbərin hədisləri Ömər ibni Xəttabın dövründə genişlənib sür`ətlə yayılmağa başladı. O, camaatdan istədi ki, üzərində hədis yazıldığı hər bir şeyi onun yanına gətirsinlər. Onlar gətirdikdə, hamısının yandırılmasına dair hökm verdi.»[2]
Xüləfa məktəbi birinci hicri əsrinin axırlarına qədər Peyğəmbər ¡-in hədisinin yazılmasının qarşısını aldılar. Kaş bununla kifayətlənəydilər! Amma onlar Peyğəmbər ¡ hədisinin rəvayət edilməsinə də maneçilik törətdilər. Belə ki, Qərzət ibni Kə`b deyir: «Ömər bizi Iraqa göndərdiyi zaman Sirar məntəqəsinə qədər bizi müşayiət etdi və sonra dedi: – Sizi nə üçün müşayiət etdiyimi bilirsinizmi?
Dedik: – Bizim qəlbimizi ələ almaq və hörmət etmək istəyirdin.
Dedi: – Bundan əlavə, digər bir istəyim də vardır: Siz elə şəxslərin yanına gedirsiniz ki, onların Qur`an səsləri bal arısının səsi kimi ucalır. Siz Peyğəmbər ¡ hədisini nəql etməklə onları bu işdən saxlamayın, bilin ki, mən sizə nəzarət edirəm.
Qərzət deyir: «Mən bundan sonra Peyğəmbərdən heç bir hədis və söz rəvayət etmədim!»
Digər bir rəvayətdə isə deyilir: Qərzət ibni Kə`b daxil olduqda camaat dedi: «Bizim üçün Peyğəmbərdən bir söz (hədis) danış.» O dedi: «Ömər bizi bu işdən çəkindirib!»[3]
Bəli, səhabələrin arasında Qərzət ibni Kə`b kimi şəxslər var idi ki, xüləfanın sünnəsinə tabe olur, amma Peyğəmbər¡-in sünnəsinin yayılıb bəyan olunmasından imtina edirdilər. Bunların müqabilində də birinci dəstədən Əbdüllah ibni Ömər, Sə`d ibni Əbi Vəqqas kimiləri də var idi. Belə ki, Darəmi özünün «Sünən» kitabında (1-ci cild, səh.84-85) «fətva verməkdən qorxan şəxslər» adlı babında Şə`bidən rəvayət edərək deyir: «Bir il Ibni Ömərlə oturub-durdum, amma onun Peyğəmbərdən bir şey rəvayət etdiyini eşitmədim.»
Digər rəvayətdə deyir: «Iki il, yaxud il yarım Ibni Ömərlə oturub-durdum, lakin ondan Peyğəmbər ¡ hədisi barəsində bir şey eşitmədim. Yalnız bu hədisi!»
Saib ibni Yəziddən rəvayət edir ki, o belə deyirmiş: «Sə`d ibni Əbi Vəqqasla birlikdə Məkkəyə getdik. Mədinəyə qayıdınca Peyğəmbərdən bir hədis belə söylədiyini eşitmədim!»
Xüləfanın sünnəsi ilə müxalifət edərək Peyğəmbər ¡ sünnəsini rəvayət edən və bu yolda ağır əzab-əziyyətlərə, işgəncələrə qatlaşan ikinci qrupdan Əbdüllah ibni Hüzeyfə, Əbu Dərda, Əbuzər və Əqəbə ibni Amir kimilərin adlarını qeyd etmək olar ki, «Kənzül-ümmal» kitabında Əbdür-Rəhman ibni Ovfun belə dediyi rəvayət olunur: «Ömər ibni Xəttab öz ölümündən qabaq Peyğəmbər ¡ səhabələrindən Əbdüllah ibni Hüzeyfə, Əbu Dərda, Əbuzər, Əqəbə ibni Amiri ətraf yerlərdən öz yanına çığırıb dedi: «Ətraf nahiyələrdə Peyğəmbərin tərəfindən yaydığınız bu hədislər nədir?!» Onlar dedilər: «Bizi bu işdən çəkindirirsənmi?!» Ömər dedi: «Xeyr! Siz mənim yanımda qalın, Allaha and olsun ki, sağ olduğum vaxta qədər məndən ayrılmayacaqsınız. Biz daha ağıllıyıq: sizdən alır və sizin əleyhinizə qaytarırıq!» Onlar ömürlərinin axırına qədər Ömərin yanından başqa yerə getmədilər.»[4]
Zəhəbi rəvayət edərək deyir: Ömər, ibni Məs`udu, Əbu Dərdanı, Əbu Məs`ud Ənsarini həbs edib dedi: «Siz Peyğəmbərin sözlərini lazım olan həddən artıq rəvayət edirsiniz!»[5]
Ömər həmişə səhabələrə deyirdi: «Əməli hökmlərdə Peyğəmbərin sözlərini rəvayət etməyi azaldın!»[6]Bu rəvayət hədəf baxımından Əbdüllah ibni Əmr ibni Asın rəvayəti ilə eyni vəziyyətdədir: Qureyş onu Peyğəmbərin sözlərini yazmaqdan çəkindirmişdi.
OsmanIn dövründə
Osman da keçmiş siyasətləri dəstəkləyib minbərdə demişdi: «Əbu Bəkrin və Ömərin zamanında eşidilməyən bir hədisi rəvayət etməyə heç kəsin haqqı yoxdur!»[7]
Darəminin və başqalarının rəvayətlərindən aydın olur ki, Əbuzər bir gün «Cəməreyi vüsta»nın yanında oturmuşdu. Camaat da onun ətrafını alaraq ondan fətva istəyirdilər. Bu zaman ki, bir nəfər onun başı üzərində dayanıb dedi: «Məgər sənin fətva verməyin qadağan olunmayıbdımı?!» Əbuzər ona baxıb dedi: «Sən mənə nəzarətçisənmi? (Sonra öz boynuna işarə edərək dedi:) Əgər qılıncı bura qoysanız və ölməzdən qabaq Peyğəmbərdən eşitdiyim bir sözü deməyə qadir olduğumu bilsəm, hökmən bu işi görərəm!»[8]
Bu dövrə hakim olan şəraiti Əhnəf ibni Qeys belə rəvayət edir: «Şama gedib cümə namazında iştirak edim. Gördüm ki, bir kişi hər qrupa tərəf gedirsə, onun ətrafından dağılır! O namaz qılır, namazını uzatmırdı. Onun yanıda oturub dedim: «Ey Allahın bəndəsi! Sən kimsən?» O dedi: «Mən Əbuzərəm. Bəs sən kimsən?» Mən dedim: «Əhnəf ibni Qeysəm.» Dedi: «Mənim yanımdan qalx ki, səni öz şərinə giriftar etməyim!» Dedim: «Məni öz şərimə necə giriftar edərsən?» Dedi: «Bu şəxsin – yə`ni Müaviyənin – çarcısı car çəkib demişdir ki, heç kəs mənim yanımda oturmamalıdır!»[9]
Bəli, Əbuzər hakim dairənin fərmanları ilə müxalifət etdiyinə görə bir şəhərdən digərinə sürgün olunurdu. O, həyatının sonunda qovulmuş və yalqız halda Rəbəzədə vəfat etdi!
Bu üslub Osmanın xilafətinin birinci yarısına qədər davam etdi. Onun xilafətinin ikinci yarısında isə qurduğu işlər pərakəndəliyə düçar oldu, Ümmül-mö`minin Ayişə, Təlhə, Zübeyr, Əmr ibni As və başqa səhabə və tabeinlərlə əlbir olub onunla mübarizəyə qalxdılar. Bu dövrdə Peyğəmbər ¡ sünnəsini rəvayət etmək istəyən səhabələr üçün heç bir maneə qalmamışdı. Peyğəmbər ¡ sünnəsinin müəyyən bir qismi bu əsrdə yayılmağa başladı, lakin kitab halına salınmadı.
Imam Əli ™-ın xilafəti dövründə də Peyğəmbəri Əkrəm ¡-in əvvəllər rəvayət olunması qadağan olunan sünnəsinin ümdə hissəsi səhabələrin vasitəsi ilə rəvayət olunub yayıldı. Lakin yenə də toplanıb kitab halına salınmadı.
Bunlar xəlifələrin dövründə Peyğəmbər səhabələri üçün hədis yayılması ilə əlaqədar qoyulan maneə və məhdudiyyətlər idi, məqsədləri də o həzrətin hədisinin qarşısını almaq idi. Onlar sadəcə olaraq öz sözlərini müəmmalı şəkildə deyirdilər və özlərinin nəzərdə tutduqları hədəf Mүafiyyә kimi, aşkar şəkildə demirdilər.
[1]«Təzkirətül-hüffaz», Əbu Bəkrin tərcümeyi-halı, 1-ci cild, səh.2-3.
[2]«Təbəqati ibni Sə`d», 5-ci cild, səh.140, Qasim ibni Məhəmməd ibni Əbu Bəkrin tərcümeyi-halı.
[3]«Camiu bəyanil-elm», ibni Əbdül-Birr, 2-ci cild, səh.147; «Şərəfu Əshabil hədis», Xətib Bağdadi, səh.88; «Təzkirətül-Hüffaz», Zəhəbi 1-ci cild, səh.4-5; «Usdul-ğabə»də (2-ci cild, səh.203) deyilir: Qərzət ibni Kə`b Ənsari, Ömərin Əmmar ilə birlikdə Kufəyə gördərdiyi on nəfərdən biri idi. Ühüd müharibəsində və ondan sonrakı müharibələrdə iştirak etmiş, 23-cü hicri qəməri ilində Rey şəhərini fəth etmiş və Imam Əli ™ Cəmələ gedən zaman onu Kufəyə vali tə`yin etmişdi. O həzrətin xilafəti dövründə həmin yerdə vəfat etmişdir.
[4]«Kənzül-ümmal», 1-ci çap, 5-ci cild, səh.239, hədis:4865, 2-ci çap, 10-cu cild, səh.80, hədis:1398 «Müntəxəbü Kənzül Ümmal», 4-cü cild, səh.62.
Əbdür-Rəhman ibni Ovf Qürəyşi Zəhri. Peyğəmbər ¡ onunla Osman arasında qardaşlıq siğəsi oxumuş, Ömər də altı nəfərlik şurada xəlifə tə`yin edilməsini onun öhdəsinə qoymuşdu. O isə Osmanla bey`ət etmişdir. 31, yaxud 32-ci hicri ilində Mədinədə dünyadan getmişdir. «Səhih» müəllifləri ondan 65 hədis rəvayət etmişlər. Onun tərcümeyi-halı «Cəvamiüs-sirə», səh.279 və «Əbdüllah ibni Səba», 1-ci cilddə qeyd olunmuşdur.
Əbdülah ibni Hüzeyfənin tərcümeyi-halını heç bir kitabda görmədik. Bəlkə də o, Əbdüllah ibni Hüzeyfə Qurəyşidir ki, mühacirlərdən öndə gedənlər idi və Osmanın xilafəti dövründə Misirdə vəfat etmişdir. («Təqribüt-Təhzib», 1-ci cild, səh.409)
Əbu Dərda, Üveym, yaxud Amir ibni Malik Ənsari. Islamı axır vaxtlarda qəbul etmiş və Xəndək müharibəsində və ondan sonrakı hadisələrdə iştirak etmişdir. Peyğəmbəri Əkrəm ¡ onunla Salman arasında qardaşlıq əqdi bağlamışdı. Osmanın dövründə Dəməşqin qazisi oldu və 32, yaxud 33-cü ildə vəfat etdi. «Sihah» müəllifləri ondan 79 hədis rəvayət etmişlər. Onun tərcümeyi-halı «Usdul-ğabə», 5-ci cild, səh.159 160, 187 və 188 «Cəvamiüs-sirə», səh.277-də qeyd olunmuşdur.
Üqbə ibni Amir adla iki nəfər vardır: biri Cühənidir ki, «Sihah» müəllifləri ondan 55 rəvayət nəql etmişlər. Digəri isə Ənsari Səlmidir. «Usdul-ğabə», 3-cü cild, səh.417; «Cəvamiüs-sirə», səh.179.
[5]«Təzkirətül-hüffaz», 1-ci cild, səh.7, Ömərin tərcümeyi-halı.
Əbdüllah ibni Məs`ud islamı qəbul edən ilk şəxslərdən idi və Məkkədə, kafirlərin arasında Qur`anı uca səslə oxumuşdu. Buna görə onu o qədər döymüşdülər ki, burnundan qan açılmışdı. Sonra Həbəşistana, daha sonra Mədinəyə hicrət etmiş, Bədr və ondan sonrakı hadisələrdə iştirak etmişdi. Osman onun beytul-maldan olan maaşını iki il müddətində kəsmişdi. Çünki o, Kufənin valisi Vəlidin törətdiyi yaramaz işlərə görə onunla çarpışmışdı. 32-ci hicri ilində vəfat edərkən vəsiyyət etmişdi ki, Osman ona namaz qılmasın. Onun tərcümeyi-halı «Usdul-ğabə», 3-cü cild, səh.256-260; «Müstədrəki-Hakim», 3-cü cild, səh.315-320-də qeyd olunmuşdur.
Əbu Məs`ud Ənsari, Əqəbət ibni Əmr Bədrinin tərcümeyi-halı «Usdul-ğabə», 5-ci cild, səh.296-da qeyd olunmuşdur.
[6]«Tarixi ibni Kəsir», 8-ci cild, səh.107.
[7]«Müntəxəbu Kənzül-Ümmal», («Müsnədi Əhməd»in haşiyəsində), 4-cü cild, səh.64.
[8]Bu hadisələr ona görə Osmanın dövründə baş verirdi ki, səhabələrdən heç biri Ömərin dövründə hökumət fərmanı ilə mübarizə etməyə cür`ət tapmamışdılar. Bu rəvayət «Sünəni Darəmi», 1-ci cild, səh.132; «Təbəqati ibni Sə`d», 2-ci cild, səh.354-də Əbuzərin tərcümeyi-halında gəlmişdir. Buxari də onu öz «Səhih» kitabında xülasə şəkildə (1-ci cild, səh.161) «Əl-elmu qəbləl-qovl» babında qeyd etmişdir.
[9]«Təbəqati ibni Sə`d», 4-cü cild, səh.168 Əhməd ibni Qeys Təmimi Sə`di Peyğəmbərin dövründə olmuş, lakin o həzrəti görməmişdi. Cəməl müharibəsində kənara çəkilmiş, Siffeyn müharibəsində Imam Əli ™-ın tərəfində döyüşmüş və 67-ci hicri ilində Kufədə vəfat etmişdir. «Sihah» müəlliflərinin hamısı ondan rəvayət nəql etmişlər. Onun tərcümeyi-halı «Usdul-ğabə» və «Təqribut-Təhzib» kitablarında qeyd olunmuşdur.