ArticleIDPicAddressSubjectDate
{ArticleID}
{Header}
{Subject}

{Comment}

 {StringDate}
 
 
 
 
 
 
 
ViewArticlePage
 
 
 
  • MƏDƏNİYYƏT VƏ TƏRƏQQİ (2)  
  • Sendtofriend
  •  
  •  
  • MƏDƏNİYYƏT VƏ TƏRƏQQİ (2)

    Məqsədindən və yerinə yetirdiyi vəzifələrdən asılı olaraq mədəniyyətin bu növləri meydana çıxır; milli mədəniyyət, beynəlmiləl mədəniyyət, dini mədəniyyət, etnik mədəniyyət və s. Göründüyü kimi, mədəniyyət insanın yer üzərində mövcudluğunun bütün tərəflərini, onunla rəngarəng əlaqə və münasibətləri əhatə edən mürəkkəb və çoxsahəli bir fenomendir. Onun mahiyyət və mənasındakı qiymətli xüsusiyyətlərin ən əsasını belə aydınlaşdıra bilərik: mədəniyyət insanın bacarıq və əlaqələrinin, insan tərəfindən yaradılanların, insan əməyi və zəkasının nəticələrinin tam vəhdətinin zahiri əksini ifadə edən ictimai subyekt kimi insanın özünün fəaliyyətini müəyyənləşdirən tarixi inkişaf prosesidir. Deməli, mədəniyyətin əsas vəzifəsi insanın ictimai fəaliyyət subyekti kimi inkişafına əsaslanmaqla bərabər, bu inkişafı şərtləndirir. Mədəniyyətin obyektləri isə geniş mənada təbiət və cəmiyyətdir. Şərti və nisbi olaraq mədəniyyətin tam sisteminin strukturu iki sahəyə ayrılır:

    l. İnsanın təbiəti dəyişdirmək prosesində özünün dəyişməsi ilə əlaqədar olan maddi mədəniyyət;

    2. İnsanın mənəvi aləminin və sosial varlığının dəyişməsi ilə əlaqədar olan mənəvi mədəniyyət.

    Eyni zamanda bu sahələrin hər ikisi bir-biri ilə qarşılıqlı əlaqədədir, biri digərinin inkişafına imkan yaradır, kömək edir. İnsan ilkin olaraq əməyin təsiri ilə formalaşır, inkişaf edir. Maddi istehsalda əməyin “insandəyişdirici” mahiyyəti mədəniyyətin əsası kimi marksizm klassikləri tərəfindən əhatəli şəkildə əsaslandırılmışdır. “Marks mədəniyyət tarixində əməyin böyük əhəmiyyətini onun hər şeyə qalib gələn qüvvəsini bütün dünyaya göstərmişdir...” (M.Qorki). Mədəniyyətin yuxarıda qeyd etdiyimiz sahələrinin hər biri insanın ictimai varlıq kimi inkişafına özünəməxsus təsir göstərir. Yəni, insanın maddi-dəyişdirici fəaliyyətinin məqsədi, hər şeydən əvvəl, öz təlabatını ödəmək üçün lazım olan maddi nemətlər yaratmaqdır. Söz yox ki, bu fəaliyyət prosesində insanlar özləri də inkişaf edir, təcrübələri artır, bilikləri zənginləşir, müəyyən bacarıqları üzə çıxır. Mədəniyyətin spesifik xüsusiyyətləri aşağıdakılardır:

    l. Mədəniyyət formasına görə milli, məzmununa görə isə beynəlmiləl və ümumbəşəri xarakterə malikdir. Hər hansı bir mədəniyyət nümunəsi milli zəmində yaransa da, onun nəticəsi bəşəriyyətə məxsus olur.

    2. Mədəniyyət humanist xarakterə malikdir. İnsan öz

    yaratdığından zövq alır.

    3. Mədəniyyət varislik xüsusiyyətinə malikdir. Müasir nəsillər keçmiş nəsillərin təcrübəsindən faydalanaraq onu daha da inkişaf etdirirlər.

    4. Mədəniyyət vahid və bölünməzdir,

    5. Mədəniyyət mentalitet vasitəsilə gerçəkləşir və s. Cəmiyyətin mədəni inkişaf səviyyəsi həmin cəmiyyətdə yaradılan mədəni sərvətlərin həm həcmi, həm yayılma miqyası, həm də insanlar tərəfindən mənimsənilməsi ilə əlaqələndirilir. Mənəvi sərvətlərin yaradılması, yayılması və isti11 fadə olunması üsulları isə cəmiyyətin sosial-mədəni təşkilindən asılıdır. Mənəvi istehsalın məzmununun dəyişməsi özünü ilk növbədə mənəvi sərvətlərin yaradılması, mübadilə edilməsi, bölgüsü və istifadə üsullarının dəyişməsi və inkişafında nəzərə çarpdırır. Cəmiyyətin mədəni inkişafının tempi vüsəti və faydalılığı ona doğru istiqamətləndirilmiş insanların yaradıcı fəallığının dərəcəsindən, onların əhatə dairəsinin genişliyindən asılıdır. Elə buna görə də mədəni tərəqqinin əsas meyarlarından biri xalqın tarixi prosesdə şüurlu iştirak dərəcəsi, onun mənəvi fəaliyyətə cəlb olunma dairəsi ilə əlaqədardır.